top of page

MİSSİYAMIZ

TARİXİMİZ
.

Azərbaycan və Koreya arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 2003-cü ildən başlayaraqsa iki ölkə arasında tələbə mübadiləsi ciddi şəkildə inkişaf etməyə başlayıb. İlkin illərdə Koreya təhsil alan azərbaycanlı tələbələrin sayı az olsa da, iki ölkə prezidentlərinin rəsmi səfərindən sonra bu sahədə iki ölkə arasında mübadilə sahələri və xaricdə təhsil proqramları genişləndi.
 

Xüsusilə, 2008-ci ildən Koreyada təhsil alan azərbaycanlı tələbələrin sayı artmağa başladı. Nəticədə tələbələr arasında tələbə şurasının təşkilinə maraq artmağa başladı. 2009-cu ilin əvvəlində ilkin olaraq Azərbaycanlı tələbələr arasında təşkilati məsələlərin müzakirəsi üçün internet forumu yaradıldı.
 

21 mart 2009-cu il tarixdə Cənubi Koreyanın Seul şəhərində “BUTA Azərbaycan-Koreya Tələbə Təşkilatının” ilk ümumi müşavirəsi keçirildi, və beləliklə təşkilat öz işinə start verdi.
 

10 fevral 2015-ci il tarixdə iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının artması və tərəfdaşlıq əlaqələrinin stimullaşdırılmasında təşkilatımızın roluna görə, təşkilatın adı “BUTA Azərbaycan-Koreya Dostluq Assosiasiyası”-na dəyişdirilmişdir.

.

BUTA Azərbaycan-Koreya Dostluq Assosiasiyası (BUTA AKDA) Koreya Respublikasındakı Azərbaycan diasporunun fəaliyyətini təmin etmək üçün fəaliyyət göstərir. Missiyamız Koreyada yaşayan azərbaycanlılar arasında milli birlik və həmrəyliyi gücləndirmək, Koreya ictimaiyyətini Azərbaycanın tarixi, müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi və mədəniyyəti haqqında məlumatlandırmaq, Koreya ilə Azərbaycan arasında elmi, mədəni və gənclər arasında əlaqələri təşviq etməkdir.

Koreyada yaşayan
Azərbaycan diasporu
 .

Keçidlər .

Aşağıdakı keçidlərdən istifadə edərək Azərbaycan haqqında daha da məlumatlana bilərsiniz.

azerbaijan 2.png
yashat.png
justice.jpg
Study in Azerbaijan.png
study in korea.jpg
bottom of page