Hello world!

Qloballaşma prosesinin sürətlə getdiyi dövrdə Azərbaycanın beynəlxalq təhsil məkanına inteqrasiya sahəsindəki uğurlu siyasətinin nəticəsi olaraq azərbaycanlı gənclər dünyanın qabaqcıl ölkələrində təhsil almaq imkanı qazanırlar. Koreya Respublikası da bu ölkələr sırasındadır və 2009-cu ildən burada təhsil alan azərbaycanlıların sayı nəzərə çarpacaq dərəcədə artmaqdadır.

Sıralarının genişlənməsi Koreyada azərbaycanlı tələbələrin təşkilatlanması zərurətini yaratmış, bu məsələni Koreyadakı azərbaycanlı tələbələrin müzakirə etməsi üçün internet forumu yaradılmışdır. Təşkilatlanma istiqamətində fikir mübadiləsi aparılaraq tələbələrin rəyləri öyrənilmişdir.

Müzakirələrin sonunda Koreyada azərbaycanlı tələbələrin təşkilatının yaradılması üçün təşəbbüs qrupu yaradılması qərara alınmışdır. Tələbələrin bu təşəbbüsünü Azərbaycanın Cənubi Koreyadakı səfirliyi yüksək qiymətləndirərək tələbələrin təşkilatlanmasında maddi və mənəvi dəstək olmuşdur.

1 Comment
  • A WordPress Commenter
    Posted at 06:26h, 26 İyul Cavabla

    Hi, this is a comment.
    To get started with moderating, editing, and deleting comments, please visit the Comments screen in the dashboard.
    Commenter avatars come from Gravatar.

Post A Comment